Şoyqu Zakir Həsənovla danışıqlar apardı

14 Oktyabr, 2020 11:57 | Siyasət | Baxış sayı: 114
Sergey Şoyqu
Sergey Şoyqu

Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və  Ermənistanın Müdafiə naziri David Tonoyan ilə telefon danışığı aparıb və tərəfləri Moskvada əldə olunan öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb.

İstiPress bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı S. Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.