Rusiyalı jurnalist: Xocalıya qoyulan qondarma ad ermənilərin özləri tərəfindən qəbul olunmur

14 Oktyabr, 2020 15:38 | Siyasət | Baxış sayı: 269
Ağdərə
Ağdərə

Rusiyanın “Kommersant” qəzetinin müxbirləri cəbhə bölgəsində Azərbaycan və Ermənistan tərəfindən reportaj hazırlayıb.

Işğal olunmuş Xankəndində olan jurnalist Aleksandr Çernıx Ağdərə istiqamətinə heç bir sürücünün getmək istəmədiyini yazıb.

Müxbir qeyd edib ki, yerki sakinlər Xankəndinə Stepanakert, Ağdərəyə Martakert adlandırsa da, işğaldan sonra adı İvanyan olaraq dəyişdirilmiş Xocalını hələ də öz adı ilə adlandırırlar.

Uzun axtarışlardan sonra Ağdərəyə getməyə razı olan sürücü mövcud vəziyyətdən şikayət etməyə başlayıb. Dörd müharibə gördüyünü deyən sürücü indiki vəziyyətin daha ağır olduğunu bildirib.

Yol boyunca müxbir sıradan çıxarılmış hərbi texnika gördüyünü deyib. Ağdərənin girişində blok-postda dayanan əsgərlər şəhərə dolayı yollarla daxil olmağı tövsiyə edib. Çernıx orda olan texnikanın çox köhnə olduğunu və sanki birini Qarabağ müharibəsindən qaldığını qeyd edir.