“Rəsmi Paris Qarabağ məsələsində bitərəf qalmalıdır” - Fransa XİN

14 Oktyabr, 2020 10:46 | Siyasət | Baxış sayı: 21
Paris
Paris

“1994-cü ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Rusiya, ABŞ və bizə verilən səlahiyyət bitərəf qalmağımızı tələb edir”.

İstiPress-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər naziri Lö Drian Fransa parlamentində çıxışı zamanı ermənipərəst millət vəkillərinin Dağlıq Qarabağ problemində Ermənistanı dəstəkləmə çağırışlarına cavab olaraq bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik rolunu oynadığını deyən Lö Drian, “İki ölkədən birini dəstəkləsək, qanuni hərəkət etmərik”,- deyə qeyd edib.

O, ölkəsinin Azərbaycanla uzunmüddətli əlaqələrinin olduğunu da sözlərinə əlavə edib.