Paşinyanın etirafı: "Erməni ordusu böyük itki verib... Qarabağda geri çəkilib"

14 Oktyabr, 2020 14:35 | Siyasət | Baxış sayı: 240

Ermənistan baş naziri Nikol Paşinyan bu gün erməni xalqına müraciət edib.

İstiPress-in "ArmenianReport"a istinadən məlumatına görə, o, Ermənistan ordusunun böyük itki ilə geri çəkilməsini etiraf edib.

"Bu dəqiqəyədək erməni ordusu böyük itki verib. Ordumuz Qarabağda geri çəkilib. Azərbaycan taktikasını dəyişərək kiçik qruplarla hücuma keçir. Biz başa düşməliyik ki, Qarabağda bizim üçün çox ağır vəziyyət yaranıb. Mən sizə həqiqəti söyləyirəm ki, biz birləşə bilək",- deyə Paşinyan bildirib.