İlham Əliyev: “Ermənistan atəşkəsdən istifadə edib vaxt qazanmaq, qüvvə toplamaq istəyirdi...”

14 Oktyabr, 2020 12:38 | Siyasət | Baxış sayı: 81
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

“Ermənistanın planları tam başqa idi. Onlar hesab edirdilər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, zaman qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər. Ancaq onlar yanıldılar. Mən demişdim ki, Ermənistan müsbət yanaşma göstərməsə, peşman olacaq və mən haqlı idim”.

İstiPress-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev ötən gün Türkiyənin “Habertürk” televiziyasına müsahibəsində deyib. Müsahibənin videoyazısı az əvvəl AzTV –də efirə verib. Prezident müsahibədə Moskvada oktyabrın 10-da əldə edilmiş humanitar atəşkəs razılaşmasından danışıb. Bildirib ki, Ermənistan bu razılaşmadan istifadə edib vaxt qazanmaq və qüvvə toplamaq istəyirdi.