​Füzuli və Xocavəndin bu kəndləri azad olundu - SİYAHI

14 Oktyabr, 2020 15:49 | Siyasət | Baxış sayı: 332
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Prezident İlham Əliyev bir neçə kəndin azad olunmasını elan edib. 

İstiPress-in məlumatına görə, dövlət başçısı bu barədə tvitterdə məlumat yayıb: 

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”