Düşmən ordumuzun son günlər cəbhədə xeyli irəlilədiyini etiraf etdi

14 Oktyabr, 2020 13:43 | Siyasət | Baxış sayı: 180

Dağlıq Qarabağdakı qondarma erməni rejiminin başçısı Araik Arutyunyan Azərbaycan ordusunun oktyabrın 10-dan sonra da cəbhə xəttində irəlilədiyini, yeni əraziləri azad etdiyini etiraf etməyə məcbur olub.

İstiPress-in "ArmenianReport"a istinadən məlumatına görə, Arutyunyan Azərbaycanı humanitar atəşkəsə dair Moskva razılaşmasından dərhal sonra daha qızğın döyüş əməliyyatlarına başladığını deyib.

“Hansısa istiqamətdə onlar irəliləməyə, haradasa üstünlük əldə etməyə və cəbhə xəttini günü gündən ərazilərin içərilərinə keçirməyə nail oldu”,- Arutyunyan “xalqa müraciətində” bildirib.