Prezidentdən krala qeyri-adi hədiyyə VİDEO

14 Oktyabr, 2019 15:56 | Siyasət | Baxış sayı: 140
Şunqar
Şunqar

Onun qanadları 163 sm-ə çata bilir

Səudiyyə Ərəbistanına səfər edən Rusiya prezidenti Vladimir Putin kral üçün qeyri-adi hədiyyə hazırlayıb. Putin krala Kamçatka şunqarı (qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü) bağışlayıb.

Kral üçün hazırlanan ağ rəngli iri ölçülü quşun adı Alafadır. Amma kral istəyinə uyğun olaraq onun adını dəyişə də bilər. 

Kamçatka şunqarı -  qızılquşlar  arasında ən böyüyüdür. Onun qanarlarının ölçüsü 124-163 sm-ə çata bilir. Quş Rusiyada "Qırmızı kitab"a salınıb.

Adıçəkilən quşun dünyada populyasiyası 8-11 min cüt arasındadır. Son illər ərzində brokonyerlərə görə onların sayında kəskin azalma müşahidə olunur.

Xatırladaq ki, Putin bu gün Ər-Riyada gedib. Bu Rusiya tarixində dövlət başçısının Səudiyyə Ərəbistanına ilk səfəridir.