Ərdoğan: "Qardaşım Əliyevlə görüşəcəyik" VİDEO

14 Oktyabr, 2019 13:18 | Siyasət | Baxış sayı: 82
Ərdoğan
Ərdoğan

Azərbaycana yola düşən prezident jurnalistlərlə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfəri öncəsi hava limanında jurnlaistlərlə görüşüb. Dövlət başçısı mətbuat nümayəndələrinin suallarına cavab verib, "Barış pınarı" əməliyyatından danışıb.

"Qardaşım Əliyevlə görüşəcəyik. Daha sonra Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) tərəfindən təşkil edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıdakı iclasında xaricdə yaşayan iş adamlarımızla bir araya gələcəyik". O, bu zirvətinin tarixə düşəcəyini deyib. 

Türkiyə lideri 14 oktyabrda Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. Onu nazirlərdən ibarət geniş nümayəndə heyəti müşayiət edir.