Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının görüşü təxirə düşdü

14 Oktyabr, 2019 12:35 | Siyasət | Baxış sayı: 23
Bayraqlar
Bayraqlar

Bunu Türkiyə istəyib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirilərinin oktyabrın 16-da Tiflisdə keçirilməsi planlaşdırılan səkkizinci üçtərəfli görüşü təxirə salınıb.Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, qərar Türkiyənin müraciəti əsasında qəbul edilib. Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub