ABŞ-dan yeni açıqlama: "Türkiyə ilə savaşacağımızı düşünürlər?"

14 Oktyabr, 2019 17:00 | Siyasət | Baxış sayı: 151
ABŞ hərbçiləri
ABŞ hərbçiləri

Tramp TÜrkiyəni yenə sərt sanksiyalarla hədələdi

"İnsanlar doğurdan NATO üzvü olan Türkiyə ilə savaşacağımızı düşünürlər? Sonu olmayan savaşlar sona çatacaq". Bu açıqlamanı Türkiyəni yeni daha ciddi sanksiyalarla hədələyən ABŞ prezidenti Donald Tramp verib. Tramp "Twitter"də yeni açıqlama yayıb. 

O, deyib ki, Amerika 200 ildir bir-biri ilə savaş halında olan insanların arasındakı başqa bir savaşa daxil olmayacaq. 

"Avropanın İŞİD-lı məhbuslarını geri almaq üçün bir şansı var idi. Amma bunun üçün ödəniş etmək istəmədilər. "Qoy ABŞ versin" dedilər. YPG/PKK onlardan bəzilərini bizi bura cəlb etmək üçün sərbəst buraxa bilər. Bunlar Türkiyə ya da Avropa ölkələri tərəfindən yenidən asanlıqla əsir alına bilərlər. 

Türkiyə üçün böyük sanksiyalar yoldadır".