ABŞ-da fövqəladə vəziyyət elan olundu

14 Oktyabr, 2017 15:38 | Siyasət | Baxış sayı: 144
San-Dieqoda küçələrin təmizləyici vasitələrlə yuyulması
San-Dieqoda küçələrin təmizləyici vasitələrlə yuyulması

Kaliforniyada “Hepatit A” virusu səbəbindən fövqəladə vəziyyət elan olunub

Kaliforniya ştatının Los-Anceles, San-Dieqo və Santa Kruz şəhərlərində “Hepatit A” virusunun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub.

İstiPress Türkiyə mətbuatına istinadla xəbər verir ki, ştatda virusa qarşı 81 min peyvənd paylanılıb, təhlükə riskinin daha böyük olduğu San-Dieqoda küçələrin təmizləyici vasitələrlə yuyulmasına başlanıb. “Hepatit A” virusu ötən il bu şəhərdə 16 nəfərin ölümünə səbəb olmuşdu.

San-Dieqoda indiyədək 19 min nəfərin virusa qarşı peyvənd olunduğu bildirilir.