Tramp polisə güllə atana edam cəzası istədi

14 Sentyabr, 2020 10:37 | Siyasət | Baxış sayı: 75
Donald Tramp
Donald Tramp

Xəbər verdiyimiz kimi, bu gün Kaliforniyada naməlum şəxslər polisləri güllələyib.

İstiPress-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı “Twitter” hesabında fikir bildirib.

O günahkarlara ağır cəza veriləcəyini vəd edib: “Yaralı polislər ölsələr, cinayətkar üçün tezliklə məhkəmə olacaq və edam cəzası veriləcək. Bu cəza cinayətləri dayandırmağın tək yoludur”.