Lukaşenko Putinlə təkbətək görüşəcək

14 Sentyabr, 2020 11:39 | Siyasət | Baxış sayı: 59
Putin və Lukaşenko
Putin və Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya prezident Vladimir Putinlə görüşmək üçün səfərə gedib.

İstiPress-in məlumatına görə, Kremlin saytı bildirib ki, həi iki prezident bu gün Soçidə görüşəcək. 

Prezident təyyarəsinin uçuş anı “Pul Pervoqo”  telegram-kanalı vasitəsilə yayımlanıb.

Qeyd edək ki, bu, Belarus Prezidentinin seçkilərdən sonra ilk xarici səfəridir.

Onu da xatırladaq ki, Rusiya bir sıra Qərb dövlətlərindən fərqli olaraq qonşu ölkədə keçirilən səsvermənin nəticələrini qanuni sayıb. Belarus Prezidentinin Rusiyaya səfərindən əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin sentyabrın əvvəlində Minskə səfər edib.

Görüşdə iki ölkə arasında münasibətlərin və bir sıra digər məsələlərin müzakirə olunacağı bildirilir.