Gülnarənin oğurladığı 131 milyon dollar geri qaytarılır

14 Sentyabr, 2020 16:38 | Siyasət | Baxış sayı: 136
Gülnarə Kərimova həbs zamanı
Gülnarə Kərimova həbs zamanı

İsveçrə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın oğurladığı və bu ölkədə yerləşdirdiyi aktivlərdən 131 milyon dollarını geri qaytarmağa razılaşıb.

İstiPress-in məlumatına görə, bu haqda İsveçrə Federal Şurasının saytında bildirilir.

Qeyd olunur ki, tərəflər artıq müsadirə edilmiş və İslam Kərimovun qızına qarşı cinayət işinin araşdırmaları predmeti olan vəsaitlərin geri qaytarılmasına dair çərçivə razılaşması əldə ediblər. Həmin vəsaitlərin ümumi məbləği 800 milyon İsveçrə frankıdır, İsveçrə onu 2012-ci ildə dondurub.

Bununla belə tərəflər hələlik bu barədə anlaşıblar ki, 2019-cu ildə müsadirə edilmiş 131 milyon dollar Özbəkistana qaytarılsın. Həmin pullar Özbəkistan əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə sərf edilməlidir.

2015-ci ildə G.Kərimova Özbəkistanda məhkum edilib, ona qarşı dövlət vəsaitlərinin mənisənilməsi və digər iqtisadi cinayətlər üzrə ittihamlar irəli sürülüb. Kərimova hazırda həbsdədir.