Erməni general Ermənistan ordusunun işğaıçı olduğunu təsdiqlədi

14 Sentyabr, 2020 17:05 | Siyasət | Baxış sayı: 93

Azərbaycan torpaqlarının işğalında fəal rol oynamış erməni general Samvel Babayan Ermənistan ordusunun işğaıçı olduğunu təsdiqləyib. 

İstiPress-in məlumatına görə, bu barədə Rusiyada nəşr olunan "Vestnik Kavkaza" portalında erməni müəllif Mamikon Babayanın məqaləsində bildirilib.  

Məlumata görə, keçən həftə erməni xəbər agentlikləri Qarabağ müharibəsinin ən məşhur iştirakçılarından biri olan, "Qarabağ Təhlükəsizlik Şurasının katibi" kimi təqdim edilən Samvel Babayanın "Daşnaktsutyun"un gənclər qanadı ilə görüşü zamanı Ermənistanla "DQR" arasında hərbi əməkdaşlıq ifadəsini yalan olduğunu etiraf edən bəyanatını yaydılar. Beləliklə, Babayan Azərbaycan ərazisindəki işğal ordusunun olduğunu, yəni işğal zonasında rəsmi İrəvanın iddia etdiyi kimi Qarabağ ordusunun yox, yalnız Ermənistan ordusunun olduğunu bildirib.

"Düzdür, "Qarabağ ordusu" ifadəsi özlüyündə yalan və diplomatik oyun aləti olsa da, Babayanın açıqlamasının bu parçası tələm-tələsik erməni KİV-lərindən silindi, ancaq sosial şəbəkələr vasitəsilə yayılmağı bacardı . Samvel Babayan beynəlxalq ictimaiyyəti Ermənistanın "Qarabağ ordusu"na yalnız məhdud yardım göstərməsinə  inandırmağa çalışan erməni diplomatlarının zəhmətini dəfn etdi",- deyə Mamikon Babayan vurğulayıb.