Türkiyənin vitse prezidenti Bakıya gəlir

14 Sentyabr, 2019 14:42 | Siyasət | Baxış sayı: 59
Fuad Oktay
Fuad Oktay

İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Sentyabrın 16-da Bakıda Azərbaycan və Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası və biznes-forum keçiriləcək. Bununla bağlı sabah Azərbaycana Türkiyənin Vitse-prezidenti Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti gələcək.

Fuad Oktay Türkiyə tərəfdən komissiyanın həmsədridir, Azərbaycan tərəfdən isə Baş Nazir Novruz Məmmədov təyin olunub. İclasda iki ölkə arasındakı iqtisadi əlaqələrin, birgə regional layihələrin hazırki vəziyyətinin müzakirə olunması, gələcək əməkdaşlıq perspektivləri və atılacaq addımlar haqqında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.