Trampdan yeni qalmaqal: "Sevimli diktatorum hanı?"

14 Sentyabr, 2019 14:25 | Siyasət | Baxış sayı: 170
ABŞ və Misir prezidentləri
ABŞ və Misir prezidentləri

ABŞ prezidenti Sisini belə çağırıb

ABŞ prezidenti Donald Tramp Misir prezidenti Abdel Fəttah əs-Sisini özünün “sevimli diktatoru” adlandırıb. Bu haqda “The Wall Street Journal” yazıb.

Məlumata görə, ABŞ lideri  "mənim sevimli diktatorum" ifadəsini Misir prezidenti ilə görüşün baş tutduğu və ötən ay Fransada keçirilən G7 sammitində səsləndirib. İddiaya görə, o Sisiyi gözləyərkən "mənim sevimli diktatorum haradadır?" deyə qışqırıb.

Trampın misirli həmkarını nəzərdə tutaraq belə çağırmasını hər kəs zarafat məqsədi ilə olduğunu düşünüb. Buna baxmayaraq otaqda səssizlik çöküb.

Sisinin özünün bunu eşidib-eşitməməsi və nə reaksiya verməsi barədə isə məlumat yoxdur.