Hərbiçilərimiz NATO üzvləri ilə Almaniyada təlimdə

14 Sentyabr, 2019 11:45 | Siyasət | Baxış sayı: 31
"Saber Junction - 19"
"Saber Junction - 19"

Təlim “Hohenfels” mərkəzində keçirilir

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.