Ərdoğan meydan oxudu: "Səbrimiz daşarsa..."

14 Sentyabr, 2019 10:30 | Siyasət | Baxış sayı: 98
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Prezident ABŞ-ı qorxuya salan Rusiya silahının qurulma vaxtını açıqlayıb

Bazar ertəsi günü Rusiya, Türkiyə və İran prezidentlərinin sammiti keçiriləcək. Bu barədə "Reuters"ə açıqlamasında Rəcəb Tayyib Ərdoğan bildirib. O, qeyd edib ki, zirvə toplantısının məqsədi Suriyada atəşkəs əldə edilməsinə nail olmaq, miqrasiyanı bitirmək və terror təşkilatlarını nəzarətə almaqdır. "3,6 milyon miqranta sığınacaq verən Türkiyə  Suriyadan gələcək olan milyonlarla insanı qəbul edə bilməz, bunun öhdəsindən gəlməz".

Prezident oktyabr ayında da Rusiya, Almaniya, Fransa və Türkiyə arasında dördtərəfli görüşün keçirləcəyini və İdlib, miqrata məsələsinin gündəmdə olacağını deyib. 

Ərdoğan "güvənli bölgə" anlayışının Türkiyənin gözləntilərini qarşılamadığını deyib. Onun sözlərinə görə, bu başqatma siyasətinə çevrilir. "Səbrimiz daşsa öz başımızın çarəsinə baxmalı olacağıq". 

Türkiyə lideri ABŞ-ı narahat edən Rusiyanın S-400 sistemindən də danışıb. O, ən geci aprelə qədər sistemin quraşdırlacağını qeyd edib. "Müdafiə sistemləri cəhətdən daha da hüzurlu olacağıq. 

Tramp ilə "Patriot" almaq məsəsləsi ilə bağlı telefon danışığımız olub. Ancaq ona "S-400"dəki şərtləri sizdə də görmək istəyirik" dedim. Necə ki, "Patriot"larda önümüz bağlananda "S-400"ü tapdıq, "F-35"lərdə də eynisi olacaq".