Sabah parada görə bu yollar bağlı olacaq SİYAHI

14 Sentyabr, 2018 10:10 | Siyasət | Baxış sayı: 235
Parad
Parad

Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində möhtəşəm parad keçiriləcək

15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibəti təntənəli şəkildə qeyd ediləcək. Paytaxtda paradın keçirilməsi nəzərdə tutulub. Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində möhtəşəm paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdə avtomobillərin hərəkət istiqamətində məhdudiyyət olacaq və istiqamət dəyişdiriləcək.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə parad tam başa çatana qədər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, 20-ci sahədən, Bayıl qəsəbəsindən və Bayraq Meydanı kimi tanınan ərazidən, eləcə də Afiyəddin Cəlilov, Yusif Səfərov, 28 May, Səməd Vurğun, Xaqani, Azadlıq, Nizami küçə və prospektlərindən, eyni zamanda Parlament prospekti, Mikayıl Müşfiq və Mehdi Hüseyn küçəsindən Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dəyişdiriləcək.