Putin Bakıya niyə gəlir?

14 Sentyabr, 2018 09:23 | Siyasət | Baxış sayı: 207
Vladimir Putin
Vladimir Putin

Federasiya Şurasının sədr müavini Rusiya liderinin səfər detallarından danışdı

"Prezident Vladimir Putinin səfəri Bakıda keçiriləcək Rusiya-Azərbaycan  regionlararası forum çərivəsində baş tutacaq və iki dövlət arasındakı çoxtərəfli əməkdaşlığın sübutu olacaq".  Bunu Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov deyib. 

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələrin ancaq şaquli xətt üzrə deyil, həm də üfüqi istiqamətdə genişləndiyini nümayiş etdirilir. Bununla da Putinin səfəri göstərəcək ki, iki ölkə arasında iqtisadiyyat birinci plandadır. 

"İqtisadi əlaqələrin fəallaşması istiqamətlərindən biri də Xəzərdə əməkdaşlıqdır. Bir aya öncə imzalanan konvensiyada iqtissdi- transərhəd əməkdaşlığı ilə bağlı müddəalar var. Söhbət həm də ölkələrin nəqliyyat infrasturukturundan fəal istifadədən gedir". O, qeyd edib ki, bu sənəd həm də siyasi əlaqələrin möhkəmlənməsi üçün əsasdır. 

Xatırladaq ki, Rusiya prezidentinin bakıya sentyabrın 25-də səfər edəcəyi gözlənilir.