Ermənistanda yeni siyasi qalmaqal

14 Sentyabr, 2018 12:40 | Siyasət | Baxış sayı: 113
Serj Sarkisyan
Serj Sarkisyan

Sarkisyanın yeni videosu yayıldı

Ermənistanda sosial şəbəkələrdə eks prezident Serj Sarkisyanın “Sputnik”ə müshaibəsindən olan dəqiqəyarımlıq video çarx sürətlə yayılmağa başlayıb. Müsahibə 2016-cı ildə alınıb. Bu video da Sarkisyan işğal etdikləri  torpaqlardan çıxmağa hazır olduğunu bildirir və qeyd edir ki, bu barədə sənəd artıq imzalanmağa hazırdır. Amma onun iddiasına görə, Azərbaycan tərəfi son anda fikrini dəyişib.

Erməni mətbuatı iddia edir ki, bu vido saxtadır və montaj edilib, Sarkisyanın ifadələri bölünür, üst-üstə düşmür. Bu videonun yalan olduğunu yoxlamaq hüquq mühafizə orqanlarının işididr. Amma bu kimə lazımdır?  Gah telefon danışıqları yayılır, gah da saxta olduğu iddia edilən müsahibə.

Bir şey aydındır. Qruplaşamalar arasındakı siyasi mübarizə Ermənistanda qar topası kimi böyüyür. Ola bilər ki, müsahibəni birbaşa ölkədəki konsitutusiyaya vurulan zərbə hesab edilən dinləmələrə cavab olaraq baş nazirin tərəfdarları yayıblar.

Bunun üçün iİrəvandakı ekspertlər hesab edirlər ki, bu qış ölkə üçün çox isti olacaq.