Təlimdə ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək
Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır. Təlimlər prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçiriləcək.
Na zirlikdən İstiPress-əs verilən məlumata görə, sentyabrın 17-dən 22-dək davam edəcək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq.
Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
Təlimlərdə həmçinin son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq.
Yeni baş naziri güzəştə çağıran qüvvələr baş qaldırır
"XİN-dən bir şəxs Körfəz ölkəsinin Bakıdakı səfirliklərinə gələrək Türkiyənin onlara tələ qurduğunu deyib"
Tanklar, zirehli döyüş maşınları, artilleriya yoxlanılıb
O, yeni rus silahını Yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə edib
Biri həbsdə, ikisi isə sorğu-sualda