Ərdoğan Putinlə görüşəcək

14 Sentyabr, 2018 13:40 | Siyasət | Baxış sayı: 58
Putin və Ərdoğan
Putin və Ərdoğan

İki liderin danışıqlarının gələn həftə baş tutması gözlənilir

Sentyabrın 7-də İranda bir araya gələn Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü olacaq. Bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu məlumat verib. Nazir bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın əsas müzakirə mövsuzu isə İdlib olacaq.

"Biz görürük ki, İdlibdə vəziyyət pisləşir. Dinc sakinlərə olan hücumun qarşısını almağa çalışırıq. Bu məsələ ilə bağlı Rusiya və İranla sıx əlaqədəyik. Son zamanlar başqa tərəfdaşlarımızla da görüşürük. Bazar ertəsi prezident Ərdoğan Putinlə danışıqlar aparacaq".

"Sputnik"in Türkiyə Prezident sarayaınd akı mənbəsinə istinadla yaydığı məlumata görə, görüş Soçidə baş tuta bilər. "Lakin hələlik dəqiq məlumat verə bilmərik".