Azərbaycanda şəhid türk əsgərinin şərəfinə abidə ucaldıldı

14 Sentyabr, 2018 19:25 | Siyasət | Baxış sayı: 124
Şamaxıda şəhid türk əsgərinin abidəsi
Şamaxıda şəhid türk əsgərinin abidəsi

Açılışda Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər iştirak edib

Şamaxıda şəhid türk əsgərinin şərəfinə ucaldılmış abidənin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

İstiPress-in məlumatına görə, açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, türk qaziləri, ziyalılar və Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər iştirak ediblər.

MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) tərəfindən həyata keçirilən bərpa işləri aprel ayında başlayıb.

Təşkilatın Azərbaycandakı rəhbəri Abdurrəhman Uzun Şamaxıda gördükləri işlərdən qürur duyduğunu söyləyib.

Mərasimdə çıxış edən A.Ənvər uzun illər boyunca davam edən Azərbaycan-Türkiyə dostluğundan danışıb:

“Bu gün burada olmaq çox gözəl bir hissdir. İki ölkə arasında olan dostluq, qardaşlıq münasibətləri daim davam edəcək. Həmişə olduğu kimi, Türkiyə Azərbaycanın yanında olacaq”.

Şamaxıda şəhid türk əsgərinin abidəsi
Şamaxıda şəhid türk əsgərinin abidəsi