Türk qırıcıları, hərbi təyyarələri Azərbaycana gəlir

14 Sentyabr, 2017 11:10 | Siyasət | Baxış sayı: 361
"F-16"
"F-16"

30-dək aviasiya vasitəsi təlimə başlayır

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Bu barədə İstiPress-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlər sentyabrın 18-dən başlayacaq. Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29", "F-16", "Su-25", "C-130 Herkules", "CASA CN-235" təyyarələri, "Mi-35", "Mi-17" və "Sikorski S-70" helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 30-dək davam edəcək.