Çin rəhbəri Azərbaycana gəlmək istəyir

14 Sentyabr, 2017 12:29 | Siyasət | Baxış sayı: 135
 Si Cinpin
Si Cinpin

O, tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılmasını təklif edib

Çin dövlət başçısı Azərbaycana səfər edəcək. Xarici İşlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Çin Xalq Respublikasına yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnamələrini respublikanın sədri Si Cinpinə təqdim edib. Ə.Zeynallı  İlham Əliyevin ən səmimi salamlarını və xoş arzularını Çinin dövlət başçısına çatdırıb və prezidentin onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırladıb. 

Azərbaycan prezidentinin rəsmi səfərlə bağlı dəvətinə görə təşəkkür bildirən Si Cinpin, ölkəmizə rəsmi səfər etməkdən məmnun olacağını qeyd edib və hər iki tərəf üçün məqbul tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılmasını təklif edib.

Söhbət zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədikləri üçün şəxsən prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.