Naxçıvanda ordu “həyəcan” siqnalı ilə qaldırıldı VİDEO

14 Avqust, 2019 16:10 | Siyasət | Baxış sayı: 155
Təlim
Təlim

Artilleriya və minaatan bölmələri yerdəyişmə edərək yeni aşkar olunmuş hədəfləri məhv ediblər

Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə təlim-metodiki toplantı keçirilib.

Toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılmasına, xidmətə düzgün istiqamətləndirilməsinə yönəldilib. 

Xatırladaq ki, bu gün həmçinin Əlahiddə Ümumqoşun Orduda artilleriya və minaatan bölmələri yoxlanılıb. Yoxlama zamanı “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb.

Atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib. Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkar olunmuş hədəfləri məhv ediblər.

Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib. Məşğələlərdə zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb.