İlham Əliyev Həsən Ruhaniyə zəng vurdu

14 Avqust, 2019 11:46 | Siyasət | Baxış sayı: 52
İlham Əliyev və Həsən Ruhani
İlham Əliyev və Həsən Ruhani

"Azərbaycan həmişə İran üçün dost və qardaş ölkə olub"

Tehran Bakı ilə münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verir. Bu barədə İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib. 

“İran Azərbaycanla münasibətlərin genişləndirilməsinə dair səylərə böyük önəm verir. Xoşbəxtlikdən biz əməkdaşlığın genişləndiyini müşahidə edirik”.

Ruhani habelə iki ölkə arasında imzalanmış razılaşmaların yerinə yetirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edib. “Azərbaycan həmişə İran üçün dost və qardaş ölkə olub, bu dostluq daha da dərinləşəcək”.

Öz növbəsində İlham Əliyev qeyd edib ki, İran-Azərbaycan münasibətləri dərinləşir və bu da Tehranla Bakının birgə səylərinin nəticəsidir.