"Bizim hərbçi azıb" - erməni nazir ağ bayraqla Azərbaycana qaçan hərbçidən danışdı

14 Avqust, 2019 09:39 | Siyasət | Baxış sayı: 204
Erməni hərbçi
Erməni hərbçi

Hər yeri yara olan Kazaryanın uğurlu qaçışı

“Azərbaycan mətbuatına inanmayın. Bizim gənc sadəcə azıb”. Erməni hərbçinin ona verilən zülümlərdən qaçaraq Azərbaycana keçməsini müdafiə naziri David Tonoyan belə şərh edib. İrəvana tabe olan mətbuat da onunla razılaşıb. Onlar da iddia edirlər ki, Kazaryanı Azərbaycan tərəfi oğurlayıb. Axı hələ indi hərbi xidmətə başlayan 19 yaşlı gənc kimə lazımdır?

“Yox, bunu azərbaycanlılar ediblər. O yaxşı uşaq idi, yaxşı oxuyub, anasını və Ermənistanı çox sevirdi”, deyə mətbuat yazır.

Kazarayan özü isə deyib ki, sadəcə olaraq ona qarşı olan zorakılıqlardan canını xilas edib. Sirr deyil ki, hər il Ermənistanda Qarabağda xidmət etməkdən qaçan çağırışçıların sayı artır.

Çünki bilirlər ki, burada ancaq atışma, ölüm olmur, həm də çətinliklər çoxdur - qida pisdir, tibbi yardım sıfır səviyyəsindədir, münasibətlər korlanır, məhz buradan tez-tez hərbçilərin öz həyatlarına son qoyması barədə xəbərlər gəlir.  

Erməni hərbçi dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da bu aydın görünür.

Bunun üçün də Kazaryanın bəxti gətirib. Erməni nazirin sözü ilə desək  o çox uğurlu şəkildə "azıb".