ABŞ-dan ermənilərə sanksiya zərbəsi

14 Avqust, 2019 09:04 | Siyasət | Baxış sayı: 153
Sanksiya
Sanksiya

Gizli bizneslə məşğul olan şirkət "qara siyahı"ya düşdü

ABŞ Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.  ABŞ Ticarət Nazirliyi Ermənistandan iki şirkəti - İrəvan Telekommunikasiya Tədqiqat İnstitutunu (YerTTİ) və “Markel” Qapalı Səhmdar Cəmiyyətini (QSC) “qara siyahı”ya salıb.

Məlumata görə, YerTTİ məhsulları ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından lazımi lisenziyalar olmadan alıb və təkrar ixrac edib.

Bundan başqa, YerTTİ-nin icraçı direktoru və "Markel" QSC-nin prezidenti olan şəxs ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə bizneslə məşğul olur.

Amerika hakimiyyət orqanlarının fikrincə, bu şirkətlər milli təhlükəsizliyə və ABŞ xarici siyasətinin maraqlarına zidd hərəkət edirlər. Sanksiyaların məhdudlaşdırılması çərşənbə günü qüvvəyə minəcək.