BMT rəhbəri Xəzərə görə 5 ölkəni alqışladı

14 Avqust, 2018 09:00 | Siyasət | Baxış sayı: 45
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması

"Bu, tarixi sənəddir"

BMT-nin baş katibi Antoniu Quterriş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb. 

O, qeyd edib ki, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasını alqışlayır. Bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri sayılan regional əməkdaşlığın mühüm olduğunu nümayiş etdirir.

BMT rəhbəri beş dövlətin hər birini bu regional əməkdaşlıq və çoxtərəfli danışıqların bu tarixi nailiyyəti münasibəti ilə təbrik edib.

Xatırladaq ki, avqustun 12-də Aktauda V Xəzər sammiti keçirilib.  Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya imza atıblar. Sənəd üzərində iş 1996-cı ildən aparılıb.