Şəhid Elçin Mustafazadə dəfn edilib

14 İyul, 2020 16:27 | Siyasət | Baxış sayı: 143

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu Ağstafa rayonu Həsənsu kəndində dəfn edilib.

İstiPress-in məlumatına görə, şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib. 

Vida mərasimindən sonra E.Mustafazadənin cənazəsi qəbiristanlığa aparılaraq torpağa tapşırılıb. 

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.