Peskov: Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır

14 İyul, 2020 14:39 | Siyasət | Baxış sayı: 70
Dmitri Peskov. Vladimir Putinin köməkçisi
Dmitri Peskov. Vladimir Putinin köməkçisi

“Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan dərin narahatdır və tərəfləri təmkinli olmağa və atəşkəsə rejiminə əməl etməyə çağırır“.

İstiPress-in məlumatına görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ermənistan-Azərbaycan sərhəddində baş verən atışmalardan çox narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəsə dair öhdəliklərinə əməl etməyə çağırırıq", - deyən D.Peskov qeyd edib.

"Rusiya Minsk qrupunun həmsədri olaraq vasitəçilik səylərini göstərməyə hazırdır. Buna görə də hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq", - deyə Kremilin mətbuat xidmətinin rəhbəri əlavə edib.