General-mayor Polad Həşimov şəhid olub

14 İyul, 2020 13:21 | Siyasət | Baxış sayı: 2075
Şəhid
Şəhid

Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub.

İstiPress-in məlumatına görə, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub",- deyə  o bildirib.

Polad Haşımov - Azərbaycan Ordusunun general-mayoru
Polad Haşımov - Azərbaycan Ordusunun general-mayoru