Düşmən Tovuzun Ağdam kəndində mülki sakini öldürdü

14 İyul, 2020 14:21 | Siyasət | Baxış sayı: 114

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

İstiPress-in məlumatına görə, bu, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.

Məlumata görə düşmən mərmisinin partlaması nəticəsində daha bir kənd sakini ağır yaralanıb.