Daha iki mayor, iki gizir və əsgər şəhid oldu

14 İyul, 2020 13:55 | Siyasət | Baxış sayı: 174
Şəhid əsgər
Şəhid əsgər

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən bir neçə hərbçi şəhid olub.

İstiPress-in məlumatına görə, Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, döyüşlər nəticəsində Azərbaycan Ordusunun aşağıda adı keçən hərbi qulluqçuları qəhrəmancasına şəhid olublar:

Mayor Əhmədov Namiq Hajan oğlu,

Mayor Novruzov Anar Gülverdi oğlu,

Gizir Zeynallı İlqar Ayaz oğlu,

Gizir Babayev Yaşar Vasif oğlu, 

Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu