XİN rəhbərinin erməni nazirlə görüş yeri və vaxtı bilindi

14 İyun, 2019 11:15 | Siyasət | Baxış sayı: 31
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan

Məmmədyarov və Mnatsakanyan ABŞ-da qarşılacaq

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşünün tarixi və yeri məlum olub.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər iyunun 20-də ABŞ paytaxtı Vaşinqtonda görüşəcəklər.

Danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.