Ərdoğandan ABŞ və NATO-nu qorxudan raket açıqlaması

14 İyun, 2018 10:05 | Siyasət | Baxış sayı: 184
S-300
S-300

"Mən niyə öz silahımı hazırlamayım?"

"Rusiya Türkiyə ilə birlikdə S-500 istehsal edə bilər". İstiPress-in məlumatına görə, ABŞ və NATO-nu qıcıqlandıracaq bu açıqlamanı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan verib.

Onun sözlərinə görə, bu barədə təklifi özü verib. Lakin hələlik Putinin nə cavab verdiyi açıqlanmayıb. Türk lider iki prezident arasında bu barədə nə zaman danışıq olduğunu da qeyd etməyib. 

"Rusiya bizə S-400 üçün sərfəli şərtlərlə kredit təqdim etdi. İkinci və üçüncü mərhələdə biz birgə istehsala keçəcəyik. Birgə S-500 istehsalı da mümkündür". 

Prezident NATO-nun bütün yollarla Türkiyənin S-400 sistemini almasına mane olmasından da danışıb. Ərdoğanın sözlərinə görə, NATO rəhbərliyi bunun onların sistemləri ilə uyğun olmadığını iddia edir. "Yunanıstanın S-300-ü var. Ona belə bir şey demirsiz. Suriyadada bunlar var. Yenə heç nə deyilmir. Türkiyəyə gələndə isə qəribə siyasət irəli sürülür. Anlamaq mümkün deyil. Mən niyə öz silahımı hazırlamayım?".

Xatırladaq ki, Türkiyənin Rusiyanın ən güclü hərbi qurğusunu əldə etməsi ABŞ və NATO-nun ciddi narahatlığına səbəb olub. Bu alqı-satdıdan sonra ABŞ dəfələrlə S-400-lərin əvəzində alternativ təklif irəli sürə biləcəyini deyib. NATO isə Rusiya texnikasının alyansın sistemləri ilə uyğun olmayacağını bəyan edib. Onlar hətta Türkiyəni müxtəlif sanksiyalar, "F-35" qırıcıları ilə bağlı proqramdan çıxarıla biləcəyi ilə də hədələyiblər.

Bütün bu hədələrlə, etirazlara baxmayaraq Türkiyə ilə Rusiya arasında alqı-satqı haqqında razılaşma imzalanıb.