Tofiq Yaqublunun qızının ittihamları ilə bağlı - Rəsmi açıqlama

14 May, 2020 15:16 | Siyasət | Baxış sayı: 122
Nigar Həzi
Nigar Həzi

Bakı şəhər BPİ-dən Nigar Həziyə cavab verildi

Müsavat partiyasının Divan üzvü, hazırda həbsdə olan Tofiq Yaqublunun cinayət işi üzrə istintaqın hərəkətsiz qalması haqda iddialara rəsmi münasibət bildirilib.

İstiPress-in məlumatına görə, Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, törətdiyi əmələ görə Nizami RPİ İstintaq şöbəsində cinayət işi üzrə təqsirləndirilən Tofiq Yaqublunun qızı Nigar Həzinin müstəntiq tərəfindən istintaqın hərəkətsiz saxlanılmaqla, ibtidai araşdırmanın uzadılması ilə bağlı sosial şəbəkələrdə irəli sürdüyü iddiallar əsassızdır:

“Cinayət işinin ibtidai istintaqını aparan Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən T.Yaqublunun həyat yoldaşı və qohumu şahid qismində mayın 7-də idarəyə dəvət olunmalarına baxmayaraq, məqsədli olaraq razılaşdırılmış tarixdə polis idarəsinə gəlməyiblər. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir”.