Naxçıvanın Baş naziri işdən çıxarıldı

14 May, 2020 15:31 | Siyasət | Baxış sayı: 191
Naxçıvan şəhəri
Naxçıvan şəhəri

2000-ci ilin fevralın 11-dən bu vəzifəni tuturdu

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.

İstiPress-in məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də fərman imzalayıb.

Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışırdı.