Tramp Ağ evdə iftar süfrəsi açdı

14 May, 2019 15:35 | Siyasət | Baxış sayı: 71
Ağ evdə iftar
Ağ evdə iftar

"Ramazan ayı bütün müsəlmaları birləşdirən dəyərdir"

ABŞ Prezidenti Donald Tramp Ramazan ayı münasibətilə Ağ evdə iftar süfrəsi təşkil edib. İftara müsəlman dövlətlərin Vaşinqtondakı diplomatik nümayəndəliklərinin üzvləri dəvət olunub.

İftardan öncə çıxış edən Amerika prezidenti Ramazan ayının bütün müsəlmaları birləşdirən dəyər olduğunu deyib. "Bütün dünyadakı müsəlmanların Ramazan ayını qeyd etdiyi bu xüsusi zaman dilimində iftar yeməyinə Ağ evdə ev sahibliyi etmək mənim üçün fəxrdir". 

Tramp dəvətə qatılanlarla zarafat etməyi də unutmayıb. "Son dərəcə gözəl yemək yeyəcəyik. Əgər gözəl olmasa məni ittiham edə bilərsiz".

Xatırladaq ki, Ağ evdə Ramazan ayında iftar süfrəsi açmaq artıq ənənə halını alıb və 20 ildir ki, davam edir. ABŞ prezidentləri Bill Klinton, Corc Buş, Barak Obama hakimiyyətləri dövründə bu adəti davam etdiriblər. Lakin Donald Tramp hakimiyyətə başladığı ilk ildə - 2017-ci ildə iftar süfrəsi açmayıb. O, Ağ evdə ilk iftarını ötən il verib.