Paşinyan Əliyevlə danışdı: "Qısa oldu"

14 May, 2019 09:20 | Siyasət | Baxış sayı: 176
İlham Əliyev və Nikol Paşinyan Davosda
İlham Əliyev və Nikol Paşinyan Davosda

Ermənistanın baş naziri növbəti görüş planının olmadığını deyib

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib  ki, Brüsseldə Şərq tərəfdaşlığının yubiley tədbirləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qısa söhbət edib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə erməni nazir bildirib. Ancaq hələlik növbti görüş barədə heç bir plan yoxdur. 

Jurnalistlərin İlham Əliyevlə yenə görüşün olacağı barədə sualına cavabında isə o deyib ki,  hələlik heç bir plan yoxdur. "Ancaq mən əminəm ki, danışıqlar prosesi davam edəcək". 

Paşinyan bildirib ki, Azərbaycan Prezidenti ilə qısa təmasda olub və "cari vəziyyəti" müzakirə edib.

Xatırladaq ki, “Sputnik Ermənistan” Paşinyanın mətbuat katibi Vladimir Karapetyana istinadən Brüsseldə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında qısa görüş keçirilə biləcəyini öncədən yazmışdı.