Lavrov-Pompeo görüşü başladı

14 May, 2019 17:15 | Siyasət | Baxış sayı: 25
Serqgey Lavrov və Mayk Pompeo
Serqgey Lavrov və Mayk Pompeo

Rusiya və ABŞ rəsmiləri arasında görüş Soçidə keçirilir

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Mayk Pompeo arasında Soçidə görüş başlayıb. Bu, iki ölkə rəsmisinin ayın əvəllindən bu yana ikinci görüşüdür. Daha öncə onlar Finlandiyada danışıqlar keçiriblər. 

Daha öncədən görüşdə ikitərəfli münasibətlərin, tərksilah və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı deyilmişdi.

Gündəmdə ikitərəfli əlaqələr, strateji stabillik, silahlanma məsələləri, Venesuela, Suriya, Ukrayna, Koreya yarımadasındakı vəziyyət, eləcə də İranın nüvə proqramı ilə bağlı məsələlər var. Bundan başqa onların ABŞ və Rusiya liderlərinin mümkün görüşü barədə də müzakirələr apara biləcəyi istisna edilməyib. Görüş iyunda Böyük iyirmiliyin Osaka sammiti çərcivəsində baş tuta bilər.

Axşam saatlarında isə M.Pompeo və S.Lavrovun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilir. Bundan sonra onlar ortaq mətbuat konfransı keçirməlidirlər.