Ərdoğan Putinə zəng etdi

14 May, 2019 08:50 | Siyasət | Baxış sayı: 29
Ərdoğan və Putin
Ərdoğan və Putin

İki ölkə lideri Suriya, eləcə də Rusiya-Türkiyə arasında əlaqələri müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. Kremlin məlumatına görə, tərəflər Suriyadakı vəziyyəti, eləcə də, İdlibin gərginlik zonasındakı şəraiti müzakirə ediblər.

"Suriya nizamlanmasının müxtəlif aspektləri üzrə hərbi idarələr də daxil olmaqla, Rusiya və Türkiyə arasında bundan sonra da səylərin sıx əlaqələndirilməsinin vacibliyi vurğulanıb".

Bundan əlavə, Putin və Ərdoğan söhbət zamanı ikitərəfli münasibətlər, bir sıra beynəlxalq problemlərə toxunublar.