Bakıda Keşikçidağla bağlı gürcü təxribatı FOTO

14 May, 2019 10:42 | Siyasət | Baxış sayı: 137
Keşikçidağ monastrı
Keşikçidağ monastrı

İki gürcü şəhərin mərkəzində plakat açdı

Gürcülərdən Bakıda təxribat. İdmançı  olduqları ehtimal edilən iki şəxs təxribat xarakterli plakat qaldırıblar. Bakının ən müqəddəs yerlərindən biri hesab edilən Şəhidlər Xiyabanında, Alov qüllələrinin fonunda iki nəfərin açdığı plakatada Azərbaycanın tarixi ərazisi olan, alban məbədi Keşikçidağla bağlı şüar  - "David Gareca Gürcüstanındır" yazılıb. Bunu əks etriən foto sosial şəbəkələrdə yayılıb. 

Görünür onlar bilərəkdən məhz Şəhidlər Xiyabanı ərazisini seçiblər. Çünki bura azərbaycanlıların and yeri, ən çox üz tutulan məkan hesab edilir. Bənzər təxribat və xuliqanlıqların davam edə biləcəyi də istisna edilmir. Bu vəziyyətdən isə Azərbaycala-Gürcüstan arasındakı dost münasibətləri korlamaq üçün müəyyən qüvvələr istifadə edə bilərlər. 

İndi Gürcüstanda Azərbaycan nümayəndələri ilə Keşikçidağla bağlı məsələni araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Çox istərdik ki, rəsmi Tiflis bənzər təxribatlara yol verməsin. Bu nə onların, nə də Azərbaycanın xeyinə olar. 

Xatırladaq ki, Azərbaycan XİN-də sərhəddə yaranmış mübahisəyə aydınlıq gətirib. "Xatırlatmaq istərdim ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur", deyə  nazirliyin mətbuat xidməti Azərbaycanın Keşikçidağ monastır kompleksinə girişi məhdudlaşdırması barədə Gürcüstan mediasında yayılmış məlumata münasibət bildirib.