Azərbaycanlı nazir erməni jurnalistə belə dərs keçdi VİDEO

14 May, 2019 17:38 | Siyasət | Baxış sayı: 327
Elmar Məmmədyarov
Elmar Məmmədyarov

"1990-cı ildən qüvvəyə minən öz konstitusiyanızı oxumağı tövsiyə edirəm”

Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda iştirak edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov erməni jurnalistlərə dərs keçib. 

Erməni jurnalist nazirə Ermənistanın Baş naziri Nikol Paşinyanın separatçı Dağlıq Qarabağda xalq tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilməməsi haqda təxribat xarakterli sual ünvanlayıb. 

"Yarım saatdır sizə izah edirəm. Hamısı öz konstitusiyanızı bilməməkdən irəli gəlir. 1990-cı ildən qüvvəyə minən konstitusiyanı oxumağı tövsiyə edirəm”. Bundan sonra E.Məmmədyarov digər jurnalistin sualına cavab verməyə başlayıb. 

"Belə yaşamağa davam etmək olmaz. Bax indi siz özünüzü aldatmaqla yanaşı, erməni xalqını da aldatmağa çalışırsınız. Sizdən soruşuram: “Erməni xalqı Azərbaycanla davam edən bu 30 illik müharibədən nə əldə edib?””.