Azərbaycanın bir addımlığında 120 minlik ordu təhlükəsi

14 May, 2019 09:57 | Siyasət | Baxış sayı: 568
ABŞ ordusu döyüşdə
ABŞ ordusu döyüşdə

ABŞ-ın İrana görə region planı eşidənləri şoka salır

ABŞ İranı çəkindirmək üçün Yaxın Şərqə 120 minlik kontingent göndərməyə hazırlaşır. İstiPress-in  məlumatına görə, bunu “The New York Times” qəzeti Pentaqondakı və Ağ ev administrasiyasındakı mənbələrə istinadən yazıb. .

Yenilənmiş planı müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan mayın 9-da ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə əsas müşavirlərinin görüşündə təqdim edib.  Bu plan İran silahlı qüvvələri Amerika hərbçilərinə hücum etməsi və ya Tehran nüvə silahı əldə etməyə yönəlmiş fəaliyyətini artırması halında gerçəkləşəcək. Lakin planda söhbət İrana birbaşa quru müdaxiləsindən getmir, Pentaqonda deyirlər ki, bunun üçün daha çox sayda hərbçi lazım gələrdi.

Yeni plan prezidentin təhlükəsizlik məsələləri üzrə müşviri Con Boltonun  rəhbərliyi ilə hazırlanıb.

Qəzetin məlumatına görə, planda qeyd edilən hərbçi sayı onunla tanış olanlardan çoxunu şoka salıb. Belə ki, bu təqribən 2003-cü ildə İraqa müdaxilədə iştirak edən amerikalı hərbçilərin sayına bərabərdir. 

Xatırladaq ki, ABŞ daha öncə də İran tərəfdən təhdidlərin kəskin artıdığını bildirmişdi. Bununla bağlı olaraq ABŞ İrana görə artıq Yaxın Şərq regionuna “Avraam Linkoln” təyyarədaşıyanını, “Arlington” desant gəmisini və strateji nüvə bombardmançılarının operativ qrupunu, habelə minlərlə əsgərini göndərib.