Azərbaycan yeni silah-sursata baxacaq

14 May, 2019 15:58 | Siyasət | Baxış sayı: 88
Sərgi
Sərgi

Müdafiə Nazirliyi rəsmiləri silah və hərbi texnika sərgisi “MILEX-2019”a gedir

Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Azərbaycan nümayəndə heyəti Minsk 9-cu Beynəlxalq silah və hərbi texnika sərgisi “MILEX-2019”, həmçinin sərgi çərçivəsində keçiriləcək Hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” 8-ci beynəlxalq elmi konfransda iştirak edəcək.

Sərgi sabah başlayacaq və mayın 18-dək davam edəcək.